İran İsraili hədələdi:
    • 12-10-2023, 17:49
    • 129

İran İsraili hədələdi: "Xameneinin dediyi kimi, güclü bir sillə.."

“İsrail Fələstin müqavimət qruplarının başlatdığı “Əl-Əqsa Fırtınası” əməliyyatında ağır və düzəlməz məğlubiyyətdən sonra sürətli çöküş yolundadır”.

News24.az “İran.ru”ya istinadla verir ki, bu barədə İran ordusunun baş komandanı, general-mayor Əbdülrəhim Musəvi bildirib.

Musəvi Qərb dövlətlərini və mediasını tənqid edib.

O, Fələstinin müqavimətini alqışlayıb. Qeyd edib ki, İranın ali lideri Ayətullah Seyid Əli Xameneinin dediyi kimi, İsrail rejimi daha güclü bir sillə alacaq.

Ayşən