Yeni mövsümün transfer tarixləri açıqlandı
    • 14-05-2024, 16:28
    • 301

Yeni mövsümün transfer tarixləri açıqlandı

Türkiyə Futbol Federasiyası 2024-2025 futbol mövsümünün transfer pəncərəsi tarixlərini açıqlayıb.

News24.az xəbər verir ki,TFF-dən verilən açıqlama belədir:

“Türkiyə Futbol Federasiyasının İdarə Heyəti 2024-2025-ci il futbol mövsümü üçün transfer və qeydiyyat müddətlərini müəyyən edib. Buna görə, 2024-2025-ci il futbol mövsümündə İlk Transfer və Qeydiyyat Dövrünün 24 İyun 2024-cü il tarixində başlayıb 13 Sentyabr 2024-cü ildə, İkinci Transfer və Qeydiyyat Dövrünün isə 13 Yanvar 2025-ci ildə başlanaraq fevralın 11-də başa çatması qərara alınıb".

Günel Məlikzadə