Şaxta çökdü: Ölən və yaralananlar var
    • 14-05-2024, 22:20
    • 123

Şaxta çökdü: Ölən və yaralananlar var

Polşanın cənubundakı Myslowice şəhərində fəaliyyət göstərən Myslowice-Wesola mədənində səhər saatlarında çökmə baş verib. Çökmə baş verən ərazidəki 15 mədənçidən 11-i qaçmağı bacararkən, 4 mədənçi sıxışıb qalıb.

News24.az xəbər verir ki, qaçmağı bacaran mədənçilərdən 9-u yüngül xəsarətlərlə yaxınlıqdakı xəstəxanalarda müalicə olunub.

Təxminən 870 metr dərinlikdə baş verən çökmədə qapalı qalan işçilər üçün axtarış-xilasetmə işlərinə başlanılıb.

Komandaların səhər saatlarında çıxara bildiyi bir mədənçi yaralı olaraq xəstəxanaya aparılıb.

Dağılma və metan qazının partlama riskinin hələ də olduğu mədəndə çətinliklə çalışan xilasetmə qrupları 2 mədənçinin cəsədlərinə çatıb.

Qapalı qalan dördüncü şaxtaçının axtarışları davam edir.

Günel Məlikzadə