"PlayStation 5 Pro" bu ilə öz damğasını vuracaq
    • 7-05-2024, 23:20
    • 242

"PlayStation 5 Pro" bu ilə öz damğasını vuracaq

Nintendo prezidenti Şuntaro Furukava yeni Nintendo Switch-in 2025-ci ildə gələcəyini açıqlayıb.

News24.az xəbər verir ki, Furukawa, yeni konsolun 2024-cü maliyyə ilində təqdim edilməsinin planlaşdırıldığını və iyun ayında keçiriləcək Nintendo Direct tədbirində təqdim edilməyəcəyini açıqlayıb.

NINENDO SWITCH 2 GƏLİR

Şuntaro Furukava X/Twitter hesabındakı yazısında aşağıdakı ifadələrdən istifadə edib;

"Biz bu maliyyə ilinin sonunda Nintendo Switch-in varisi haqqında elan verəcəyik. 2015-ci ilin martında Nintendo Switch-in mövcudluğunu elan etdiyimizdən 9 ildən çox vaxt keçəcib".

PLAYSTATION 5 PRO İLİN SONUNA GƏLƏ BİLƏR

Digər tərəfdən, oyun konsolu nəhəngi Sony-nin bu mövsümün sonunda PlayStation 5 Pro-nu oyunçulara təqdim etməyə çalışdığı məlumdur.

GTA 6-nın 2025-ci ilin ilk ayında çıxacağını nəzərə alsaq, Sony-nin 2024-cü ilin sonuna doğru PS5 Pro təqdim edəcəyi gözlənilir.

XBOX ÜÇÜN YENİLƏNMƏ YOXDUR

PS5 Pro və Nintendo Switch 2 haqqında bəzi məlumatlar olsa da, Xbox-ın təkmilləşdirilmiş konsol üçün heç bir təşəbbüsü olmadığı təxmin edilir.

Xbox Series X-in yenidən dizayn ediləcəyi və yeni nəzarətçi quraşdırması da daxil olmaqla, bir neçə sızma var.

Günel Məlikzadə