Ronaldunun gələcək planları açıqlandı
    • 14-05-2024, 19:00
    • 331

Ronaldunun gələcək planları açıqlandı

Kriştianu Ronaldunun gələcək planları açıqlanıb.

News24.az Fanat.Az-a istinadla xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Ben Ceykobs yayıb.

Xəbərə görə, portuqaliyalı superulduz formasını geyindiyi "Əl-Nəsr"lə müqavilə yeniləmək niyyətindədir. Mənbə indiki anlaşmasının müddəti 2025-ci ilin yayında başa çatacaq 39 yaşlı Ronaldunun 2026-cı ildə də Səudiyyə Ərəbistanı təmsilçisində qalmağı uyğun saydığını vurğulayıb. 

Cari mövsüm "Əl-Nəsr" forması ilə bütün turnirlərdə 41 matça çıxan Ronaldu 42 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.