Ronaldunun villası qarət olundu
    • 8-10-2020, 16:49
    • 889

Ronaldunun villası qarət olundu

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu xoşagəlməz hadisə ilə üzləşib.

News24.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun Madeyra şəhərində yerləşən villası qarət olunub.

Hadisə Portuqaliya və İspaniya yığmaları arasında yoldaşlıq oyunu (0:0) zamanı baş verib. Naməlum şəxsin qarajdan evə daxil olması təhlükəsizlik kameralarına düşüb. Hələlik oğurlanan əşyaların siyahısı və dəymiş zərərin miqdarı açıqlanmayıb. Lakin 35 yaşlı forvardın imzalı oyun forması da daxil olmaqla, şəxsi əşyalarının götürüldüyü məlum olub.

Qeyd edək ki, Ronaldunun Madeyradakı mülkünün dəyəri 7 milyon funt-sterlinqdir.