Ronaldu iki məhsuldar ötürmə ilə "Əl-Nəsr"ə qələbə qazandırıb
    • 17-02-2023, 21:37
    • 181

Ronaldu iki məhsuldar ötürmə ilə "Əl-Nəsr"ə qələbə qazandırıb

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu formasını geyindiyi Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubunda növbəti oyununu keçirib.

News24.az-ın məlumatına görə, 38 yaşlı hücumçu ölkə çempionatının XVII turunda evdə "Əl-Taavun"u 2:1 hesabı ilə məğlub etdikləri matçın iştirakçısı olub.

Meydan sahiblərinin hər iki qolunun ötürməsini təcrübəli forvard edib. O, 17 və 78-ci dəqiqələrdə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb.

Qeyd edək ki, bu qələbə ilə xallarını 40-a çatdıran "Əl-Nəsr" ilk pillədəki mövqeyini qoruyub.