-
- 15-05-2024, 13:30
- 243
Arvadını öldürən keçmiş nazirə AĞIR CƏZA
Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandıq Bişimbayev həyat yoldaşı Saltanat Nukenovanın qətlində təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edilib. 44 yaşlı Kuandyk Bişimbayev məhkəmə tərəfindən işgəncə və qətldə təqsirli bilinib.
News24.az xəbər verir ki, məhkəmə zamanı günahsız olduğunu iddia edən və həyat yoldaşının ona pislik etdiyini sübut etməyə çalışan Bişimbayevin cinayətini restoranın təhlükəsizlik kameraları aşkarlayıb.
Qeyd edək ki, dinləmə zamanı oynanılan təhlükəsizlik kamerası görüntülərində Bişimbayevin 31 yaşlı arvadını dəfələrlə yumruq və təpiklə vuraraq, saçından tutaraq sonradan ölü tapıldığı otağa sürüklədiyi əks olunub.
Görüntülərdə Bişimbayev arvadını əvvəlcə şiddətlə döyür, sonra isə boğaraq onun ölümünə səbəb olur.
Günel Məlikzadə