FHN-ə işə qəbulla əlaqədar müsabiqədə iştirak etmiş VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ
    • 7-05-2019, 20:30
    • 1 020

FHN-ə işə qəbulla əlaqədar müsabiqədə iştirak etmiş VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar 30 aprel-2 may tarixlərində nazirliyin Aran Regional Mərkəzinin əhatə etdiyi rayonlar üzrə Yevlax şəhərində keçirilmiş müsabiqədə iştirak etmiş şəxslərlə bağlı müsabiqə komissiyasının rəyinə dair cədvəlləri təqdim edirik.

FHN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, müsabiqədə müvəffəqiyyət qazanmış şəxslər əlavə olunmuş cədvəldə göstərilən tarixdə tibbi şəhadətləndirmə və sənədləşdirmə üçün FHN-in Tibb Xidmətinin Tibb mərkəzində (ünvan: Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küç., 124) olmalıdırlar. Tibbi şəhadətləndirmə və sənədləşdirməyə gələn şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
  • tərcümeyi-hal;
  • şəxsiyyət vəsiqəsinin əsli və notarial təsdiq edilmiş surəti;
  • təhsil haqqında sənədin əsli və notarial təsdiq edilmiş surəti;
  • hərbi biletin əsli və notarial təsdiq edilmiş surəti;
  • evli olanlar üçün: Nikah haqqında Şəhadətnamənin notarial təsdiq edilmiş surəti;
  • valideyn və ya qəyyum olanlar üçün: uşaqlarının Doğum haqqında Şəhadətnaməsinin (qəyyumluq haqqında sənədin) notarial təsdiq edilmiş surəti;
  • sağlamlıq haqqında arayış (Forma № 086);
  • Vərəm Əleyhinə Dispanserdən arayış;
  • Dəri-Zöhrəvi Dispanserdən arayış;
  • Ruhi Əsəb Xəstəlikləri Dispanserindən arayış;
  • Narkoloji Dispanserdən arayış.
Əlavə məlumat üçün (012) 512-05-92 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.