-
- 26-04-2019, 16:39
- 1 416
FHN-ə işə qəbulla əlaqədar müsabiqədə iştirak etmiş vətəndaşların NƏZƏRİNƏ
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar 16-18 aprel 2019-cu il tarixlərində nazirliyin Gəncə Regional Mərkəzinin əhatə etdiyi rayonlar üzrə Gəncə şəhərində, Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi rayonlar üzrə Qəbələ şəhərində və Muğan Regional Mərkəzinin əhatə etdiyi rayonlar üzrə Salyan şəhərində keçirilmiş müsabiqədə iştirak etmiş şəxslərlə bağlı müsabiqə komissiyasının rəyinə dair cədvəlləri təqdim edirik.
News24.az xəbər verir ki, müsabiqədə müvəffəqiyyət qazanmış şəxslər əlavə olunmuş cədvəldə göstərilən tarixdə tibbi şəhadətləndirmə və sənədləşdirmə üçün FHN-in Tibb Xidmətinin Tibb mərkəzində (ünvan: Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küç., 124) olmalıdırlar. Tibbi şəhadətləndirmə və sənədləşdirməyə gələn şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tərcümeyi-hal;
- şəxsiyyət vəsiqəsinin əsli və notarial təsdiq edilmiş surəti;
- təhsil haqqında sənədin əsli və notarial təsdiq edilmiş surəti;
- hərbi biletin əsli və notarial təsdiq edilmiş surəti;
- evli olanlar üçün: Nigah haqqında Şəhadətnamənin notarial təsdiq edilmiş surəti;
- valideyn və ya qəyyum olanlar üçün: uşaqlarının doğum haqqında şəhadətnaməsinin (qəyyumluq haqqında sənədin) notarial təsdiq edilmiş surəti;
- sağlamlıq haqqında arayış (Forma № 086);
- Vərəm Əleyhinə Dispanserdən arayış;
- Dəri-Zöhrəvi Dispanserdən arayış;
- Ruhi Əsəb Xəstəlikləri Dispanserindən arayış;
- Narkoloji Dispanserdən arayış.