Fabrikdə FACİƏ: İşçi qaynar su çəninə düşdü....
    • 16-05-2024, 10:33
    • 340

Fabrikdə FACİƏ: İşçi qaynar su çəninə düşdü....

Rusiyanın tərkibində olan Kareliya Respublikasında bədbəxt hadisə baş verib.

News24.az Medianews.az-a istinad edərək xəbər verir ki, 51 yaşlı fabrik işçisi qaynar su çəninə düşərək dəhşətli yanıq xəsarətləri alıb.

Kişi helikopterlə Sankt-Peterburqa aparılıb. Lakin Sankt-Peterburqdan gələn həkimlər xəstəni xilas edə bilməyiblər. Onun bədəninin 72 faizində yanıq izləri aşkar olunub.

Nəzərinizə çatdıraq ki, Kareliyanın İstintaq Komitəsi hazırda faciənin bütün hallarını aydınlaşdırır.