Zelenski: "Xarkovda vəziyyət çətindir"
    • 16-05-2024, 22:20
    • 221

Zelenski: "Xarkovda vəziyyət çətindir"

Rusiyanın Xarkovda irəliləməsi davam edir.

News24.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bu gün verdiyi açıqlamada ordu ilə görüş keçirdiyini açıqlayıb.

Zelenski Xarkovdakı vəziyyəti “ümumi nəzarət altında olsa da, son dərəcə çətin” adlandırıb.

Zelenski Rusiyanın hücumu altında olan Xarkova getdiyini açıqlayıb.

"Xarkov vilayətində vəziyyət mürəkkəb olaraq qalır, lakin dinamik inkişaf edir", - Ukrayna ordusunun bugünkü bəyanatında deyilir. Müdafiə qüvvələrimiz vəziyyəti qismən stabilləşdirib. “Düşmənin müəyyən rayon və yerlərdə irəliləməsi dayandırılıb".

Qeyd edək ki, Rusiya isə bölgədəki Liptsi kəndini ələ keçirməyə çalışdıqlarını bildirib.

Günel Məlikzadə