Zelenski Xarkovda- müharibə başlayandan sonra ilk dəfə Kiyevdən çıxdı
Ukrayna prezidenti Vladimir Zelenski işğal başlayandan bəri ilk dəfə ölkənin şərqinə səfər edib.
News24.az xəbər verir ki, Rusiya qüvvələrinin bir müddət əvvəl geri çəkildiyi ölkənin ikinci böyük şəhəri Xarkova gedən Zelenski bölgədə araşdırmalar aparıb.
Səfərlə bağlı açıqlamada Xarkov və ətraflarında 2229 binanın dağıdıldığı, şəhərin yenidən qurulacağı vurğulanıb.
Səfərdən sonra Zelenski bəyan edib ki, Ukrayna Təhlükəsizlik Xidməti Xarkov rəisini “şəhərin müdafiəsi üçün deyil, öz maraqları üçün işlədiyi üçün” işdən çıxarıb.