"Prioritetimiz ticarət və investisiyadır"
    • 16-05-2024, 22:30
    • 226

"Prioritetimiz ticarət və investisiyadır"

Bu gün Pekində Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Tsinpin arasında görüş keçirilib.

News24.az xəbər verir ki, Putin Pekində Böyük Xalq Zalının qarşısında möhtəşəm qarşılanma mərasimi ilə Si tərəfindən qarşılanıb.

Qeyd edək ki, Rusiya və Çin rəsmiləri Pekində strateji tərəfdaşlığın inkişafı üçün 10 müqavilə imzalayacaqlar.

PUTIN: BİZİM PRİORİTETLƏRİMİZ TİCARƏT VƏ İNVESTİSİYADIR

Müqavilələrin imzalanmasından sonra açıqlama verən Putin, görüşlərin əlaqələrin əhəmiyyətini göstərdiyini bildirib.

"Çin ilə ortaqlığın əlaqələrin necə işləməsi lazım olduğuna bir nümunə olduğunu" ifadə edən Putin, "Xaricə ilk səfərimin Çinə olması məntiqlidir. Bütün məsələləri müzakirə etdik" deyib.

Si ilə davamlı ünsiyyətdə olduqlarını qeyd edən Rusiya lideri, prioritetlərinin ticarət və investisiya olduğuna diqqət çəkərək, "Rusiya Çinə ərzaq ixracatını artırıb. Çinli avtomobil istehsalçılarını bazarımızda salamlayırıq" deyib. O, Rusiyanın Çinlə ticarətində yuan və rublun payının 90 faizi ötdüyünü bəyan edib.

Enerji mövzusunu da müzakirə etdiklərini bildirən Putin, "Enerji prioritetlərimizdən biridir. Enerji əməkdaşlığını dərinləşdirmək üçün konkret planlarımız var" deyib.

Putin əlavə edib ki, nüvə sahəsində əməkdaşlığı dərinləşdirirlər.

Günel Məlikzadə