Mərkəzi Bankda yeni təyinat
    • 16-05-2024, 16:26
    • 256

Mərkəzi Bankda yeni təyinat

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə Texnologiyaları və İnnovasiya Departamenti yaradılıb.

News24.az banker.az-a istinadla xəbər verir ki, departamentin rəhbəri Fidan Tofidi təyin olunub.

Qeyd edək ki, F.Tofidi ötən ilin may ayından AMB-də məsləhətçi kimi fəaliyyətinə başlayıb. Bundan öncə, o, "Paşa Bank" ASC-nin Korporativ Tərəfdaşlarla Münasibətlər şöbəsinin rəhbəri vəzifəsində çalışıb.