-
- 27-07-2024, 15:41
- 286
Zelenski bu tarixə kimi sülhə nail olmaq istəyir
Ukrayna prezidenti Vladimir Zelenski Yaponiya İctimai Televiziyasına müsahibəsində bildirib ki, Kiyev 2024-cü ilin noyabr ayının sonuna kimi ölkədə sülhə nail olmaq üçün fəaliyyət planı hazırlamağı planlaşdırır.
Ukrayna prezidenti qeyd edib ki, belə bir məsələni onun administrasiyası və diplomatik komandası qarşısında qoyub.
Zelenski əmin olduğunu bildirib ki, Ukrayna ordusunun güclənməsi, ilk növbədə ABŞ-ın dəstəyi və Rusiyaya beynəlxalq diplomatik təzyiqlər münaqişəyə ədalətli son qoyacaq üç komponentdir.
Bundan əvvəl o, Moskva ilə danışıqları istisna etmədən, Rusiya Federasiyasının nümayəndələrinin Ukraynada sülh məsələsi üzrə ikinci sammitdə iştirak etməli olduğunu açıqlamışdı./modern.az