Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi
    • Bu gün, 15:33
    • 72

Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi

Şəkidə 4 tondan artıq çətənə kolu məhv edilib.

Bu barədə News24.az-a DİN-in Mətbuat Xidmətinin Şəki Regional Qrupundan məlumtat verilib. 

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Aşağı Daşağıl kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 4 ton 370 kiloqram olan çətənə kolu yandırılaraq məhv olunub.