"Real Madrid" yeni hücumçusunu ictimaiyyətə təqdim etdi - RƏSMİ
    • Bu gün, 15:57
    • 77

"Real Madrid" yeni hücumçusunu ictimaiyyətə təqdim etdi - RƏSMİ

"Real Madrid"in yeni oyunçusu Endrik təqdim olunub.

"News24" fanat.az-a istinadən xəbər verir ki, 18 yaşlı hücumçu Madrid təmsilçisində 16 nömrəli forma geyinəcək. Futbolçu artıq tibbi müayinədən keçib və onunla 2030-cu ilin yayında başa çatacaq müqavilə imzalanıb.

Endrik "Palmeyras"ın yetirməsidir. O, Braziliya təmsilçisinin əsas heyətində 80 oyuna çıxaraq 21 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.