Cinsi azlıqlar təbliğ, xristianlar təhqir olundu: Paris Olimpiadasının açılış mərasimi TƏNQİD OLUNDU
    • Bu gün, 15:51
    • 120

Cinsi azlıqlar təbliğ, xristianlar təhqir olundu: Paris Olimpiadasının açılış mərasimi TƏNQİD OLUNDU

Paris Olimpiya Oyunları tarixdə ən bərbad açılış mərasimi olan idman yarışı kimi tarixə düşməyə iddalıdır.

Hər şey Oyunlara hazırlıq çərçivəsində Parisdə, yarışların və açılış mərasiminin keçiriləcəyi ərazilərdən evsiz və qeydiyyatsız insanların şəhər ətrafına zorla köçürülməsi ilə başladı. Bu zaman həmin insanların yeni yerdə yaşamaları, özlərini təmin etmələri üçün heç bir addım atılmadı.

Paris meriyasının və Makron hakimiyyətinin bu repressiv addımları şəhərdə cinayətkarlığın pik həddə çatması ilə paralel aparılırdı. Şəhərə bütün Fransa və Aİ ölkələrindən polis bölmələri, jandarmın cəlb edilməsinə baxmayaraq, kriminal epizodlar silsilə şəkildə davam edirdi. Bu şəhərə gələn turistlər və idmançılar üçün təhlükəli səviyyəyə çatmışdı.

Məsələn, oyunlardan bir neçə gün öncə Avstraliyadan olan 25 yaşlı gənc xanımın 5 nəfər tərəfindən Paris küçələrində zorlanması, Argentina futbol yığmasının şəxsi əşyalarının oğurlanması yaxud dünən, oyunların açılış mərasimindən bir neçə saat öncə çempionatının bürünc mükafatçısı Zikonun taksidə yarım milyon avro məbləğində qarət olunması təhlükəli tendensiyadan xəbər verir.

Təhlükəsizliklə bağlı narahatlıqlar fonunda, Nəqliyyatda xaosun, Olimpiada yükünü qaldırmaq gücündə olmaması bir başqa ciddi problemdir.

Nəhayət, ötən gün Paris Olimpiya Oyunlarının baş tutan açılış mərasimi insanların dini hislərini təhqir etməklə, cinsi azlıqların aqressiv təbliğatını aparmaqla, satanizm elementləri və s. ilə yadda qaldı.

Bütün dünyadan yüzmilyonlarla insanın öz ölkəsinin idmançılarını izləmək üçün ekranlara toplaşdığı məqamda Fransa idman yarışını öz siyasi-mənəvi gündəliyi təbliğ etmək üçün istifadə etdi.

Açılış mərasimində xristianların dini hisləri təhqir olundu, peyğəmbər İsa Məsihin etikadan kənar obrazı yaradıldı. Və bu mənzərə yüzmilyonlarla insanın izlədiyi bir mərasimdə baş tutdu. Fransa hakimiyyəti məqsədyönlü şəkildə insanların dini hislərini alçaltmaq yolu tutdu.

Paris Olimpiya Oyunlarında nümayiş etdirilən zəif təşkilatçılıq, təhqiramiz performans dünya KİV-i tərəfindən də tənqid olunub.

"The Guardian" şounu "şambolik və həddindən artıq iddialı" adlandıraraq, mərasimin Sena çayında keçirmək cəhdinin minlərlə tamaşaçının məyusluğuna səbəb olduğunu bildirib. Qeyd olunub ki, bu, logistik problemlərə və tamaşaçıların şounu tam görə bilməməsinə səbəb olub.

"France 24" izdihamın təşkilini və idarə olunmasını tənqid edərək, tamaşaçıların çoxunun tribunaların dolu olması və giriş çətinliyi səbəbindən mərasimdən həzz ala bilmədiyini vurğulayıb. Digər mübahisəli məqam isə “Son Şam yeməyi”nin parodiyasını ifa edən “drag queens” qrupunun çıxışıdır. Bu, xüsusilə mühafizəkar və dini qruplar tərəfindən tənqidlə qarşılanıb.

"Daily Mail" nəşri qeyd edib ki, belə "təxribat"lar qəzəb və dini hisslərə hörmətsizlik ittihamlarına səbəb olub.

Marion Marechal və hətta "Tesla"nın baş direktoru Elon Musk bunu “xristianlara hörmətsizlik” və “təxribat” adlandırıb.

BBC həmçinin qalmaqala və dini hissləri təhqir etməklə bağlı ittihamlara səbəb olan “Son Şam yeməyi”nin parodiyasını yerinə yetirmək üçün “drag queen”lərdən istifadənin uğursuz konsepsiya adlandırıb.

“Republic World” yüksək gözləntilərə baxmayaraq, mərasimin bəyan edilmiş ambisiyaları doğrultmadığını və belə tədbirlərin bu miqyasda təşkil edilməməsinə nümunə olduğunu yazıb. Qəzet mərasimi "böyük bir tamaşa" kimi təsvir edib, lakin tamaşaçıların çoxu şounu tam görə bilmədiyi üçün məyus olub.

"The Economist" olimpiadanın parislilərə təsirindən yazıb. "Bəzi mağazalar və restoranlar sentyabr ayına qədər bağlıdır. Muzeylər son illərdə ən aşağı ziyarətçi saylarından birinə hazırlaşır. Hündür məftil hasarlar məhəllələri ayırır. Polis hər blokda dayanaraq kimlərin keçə biləcəyinə icazə verir. Paris COVID-19 səbəbilə artıq yaşanmış lokdaunu indi də hiss edir, sanki zombi hücumunu gözləyir. Olimpiada, şübhəsiz ki, maraqlı TV izləmə imkanı verəcək, lakin idman həvəskarları Parisdən uzaqda, rahat divanlarında yarışı izləyəcək qədər müdrikdir".//apa