"Leykoz xəstəsi olan qızımıza yardım edin" - Gözdən əlil valideynlər
    • 7-05-2019, 23:31
    • 3 028

"Leykoz xəstəsi olan qızımıza yardım edin" - Gözdən əlil valideynlər

Sosial şəbəkələrdə hər iki valideyni gözdən əlil olan və maddi dəstəyə ehtiyac duyan azyaşlı qızla bağlı paylaşımlar edilir.

News24.az xəbər verir ki, paylaşımlarda leykoz xəstəsi olan Surənin yardıma ehtiyacı olduğu bildirilir: “Bu ailəni neçə illərdir tanıyıram. Həm ana, həm də ata gözdən əlildir. Bu günə kimi heç kimə ağız açıb nəsə istəməyiblər. Amma indi 2-ci övlad leykoz xəstəliyinə tutulduğu
üçün maddi dəstəyə ehtiyacları var. Təsəvvür edin, 3 sağlam övlad dünyaya gətirəsən, amma axırda uşaqlardan birinin leykoz , digərininsə isə bu xəstəliyi tutmaq təhlükəsi ilə üz-üzə olduğunu biləsən. Buna səbəb isə acınacaqlı vəziyyətdə, qeyri-yaşayış sahəsində yaşamalarıdır. Ən pisi də odur ki, Surənin valideynləri gözdən əlil olduqları üçün uzun illər öncə ev qeydiyyatına yazılıblar. Növbələri çatanda isə dələduz məmur onların haqqı olan evi digər sağlam şəxslərə verib. Bu uşaq hər gün ət yeməlidir. Amma ailə o qədər pis vəziyyətdədir ki, bilmir digər 2 övladını dolandırsın, yoxsa leykoz xəstəsi olan Surənin müalicəsi ilə məşğul olsun. Hazırda Surə xəstəxanada yatır. Ən azından lazım olan dərmanları, gündəlik qidalanmasını təmin etmək üçün əlimizdən gələni əsirgəməyərək. 1,3, 5 azn - heç fərq etməz! Kim nə qədər bacarırsa, yardım eləsin”.
İnstagram səhifəsi: @sureye_destek_olaq".