Azərbaycanda ilanların içində yaşayan - AİLƏNİN FACİƏSİ - VİDEO
    • 29-03-2019, 12:36
    • 2 462

Azərbaycanda ilanların içində yaşayan - AİLƏNİN FACİƏSİ - VİDEO

Göyçay şəhərinin 20 Yanvar küçəsindəki 28 saylı mənzildə yaşayan bu ailənin maddi və tibbi yardıma böyük ehtiyacı var. News24.az-ın məlumatına görə, ailənin tək övladı olan 6-cı sinif şagirdi Aydın Qasımov onurğa sütununun əyilməsi səbəbindən artıq məktəbə gedə bilmir. Yataq xəstəsi olan Aydının sağalması üçün böyük məbləğdə maddi yardıma ehtiyac var. Bundan başqa, ailə başçısı Mehman Qasımov gözlərindən əməliyyat olunub, əlildi, işləmək qabiliyyəti yoxdur. Həyat yoldaşı Rübabə Qasımova isə nevroloji xəstəlikdən əziyyət çəkir.


Yaxınları bildirib ki, bu ailənin heç bir maddi gəliri yoxdur: “Qasımovlar ailəsi qəzalı vəziyyətdə olan və hər an uçmaq təhlükəsi ilə olan bu köhnə evdə yaşayır. Evdə bu imkansız ailənin yaşaması üçün heç bir şərait yoxdu. Evdəki vəziyyət və xəstəlikdən əziyyət çəkən kimsəsiz ailənin ağır yaşayış şəraitini görən hər bir insanın ürəyini ağrıdır. Ailə üzvləri yay aylarında evin damında və zirzəmisində ilanların və başqa sürünənlərin çox olması səbəbindən qorxu içində yaşayır. Bir tikə çörəyə möhtac olan Qasımovlar ailəsi yataq xəstəsi olan övladının müalicəsi və evdə yaşayış şəraitinin yaxşılaşması, təmir işlərinin aparılması üçün imkanlı şəxslərdən yardım istəyir”.
Tel: 0557835947. Ailə başçısı Mehman Qasımov.

Taleh BAĞIROV