Pomidor suyu bu xəstəlikləri məhv edir – ŞOK
    • 17-05-2024, 17:13
    • 478

Pomidor suyu bu xəstəlikləri məhv edir – ŞOK

Parlaq qırmızı, kəskin qoxusu olan pomidor yay səhər yeməyinin əvəzolunmaz maddələrindən biridir. Faydaları sonsuz olan bu gözəl tərəvəzin suyu ən azı özündən daha faydalıdır.

News24.az pomidorun faydalarını təqdim edir:

Pomidorun əsas qida qaynaqlarından biri ürək xəstəliyi və xərçəng riskini azaltmağa kömək edən antioksidant likopendir. Folat, C və K vitaminləri və kaliumla zəngin olan pomidorun 95 faizi sudur.

Qalan 5 faiz lif və karbohidratlardan ibarətdir. Orta ölçülü pomidorda təxminən 1,5 qram lif var.

Zəngin vitamin və mineral qaynağı olan pomidorun tərkibindəki karotenoid olan likopen böyük əhəmiyyət kəsb edir.

Likopen daha çox pomidorun dərisində olur. Dəri nə qədər qırmızı olarsa, pomidorda bir o qədər çox likopen var.

Tomat pastası, ketçup, pomidor suyu və pomidor sousları likopenin yüzdə 80-ni təmin edir. Bişmiş və ya qurudulmuş kimi emal edilmiş pomidorlar, ümumiyyətlə, təzə pomidorlardan daha çox likopen ehtiva edir.

Likopen dəri sağlamlığı üçün faydalıdır və ürək xəstəliklərinin qarşısını alır. Tədqiqatlar göstərir ki, likopen pis xolesterolu azaltmağa kömək edir.

Həm də iltihabın qarşısını alır və qan damarlarına qoruyucu təsir göstərərək laxtalanma riskini minimuma endirir.

Tərkibində yüksək miqdarda likopen olan pomidor günəş yanıqlarından da qoruya bilər.

Bir araşdırmada, 10 həftə boyunca hər gün 16 mq likopen təmin edən 40 qram tomat pastasını zeytun yağı ilə birlikdə qəbul edən insanlarda 40% daha az günəş yanığı yaşanıb.

Mehriban Mirzəzadə