Bakıda bina tikən MMC rəhbərinə məcbur göstəriş verildi - NAZİRLİK
    • 8-05-2019, 11:47
    • 1 063

Bakıda bina tikən MMC rəhbərinə məcbur göstəriş verildi - NAZİRLİK

Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında yaşıllıq ərazinin hasara alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazinin ticarət mərkəzinin tikintisi məqsədilə “Təbriz Center” MMC tərəfindən hasara alındığı, lakin ərazidəki mövcud 8 ağacın tikinti altına düşmədiyi müəyyən olunub.

Ağaclar qeydiyyata alınaraq akt tərtib edilib və onların qorunub saxlanılması məqsədilə “Təbriz Center” MMC-nin rəhbəri Adil Yusifova icrası məcburi olan “məcburi göstəriş” verilib.