Sel fəlakəti: 210 nəfər öldü
    • 4-05-2024, 02:48
    • 384

Sel fəlakəti: 210 nəfər öldü

Keniya prezidenti Uilyam Ruto xalqa müraciətində daşqınların yaratdığı dağıntılarla bağlı yenilənmiş məlumatları paylaşıb.

News24.az xəbər verir ki, Ruto, təxminən 2 həftədir davam edən şiddətli yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 210-a yüksəldiyini bildirib.

Güclü yağışların davam edəcəyi ilə bağlı xəbərdarlıq edən Ruto, meteoroloji hesabatların narahatlıq doğurduğunu və hər an Keniyanı vura biləcək bir qasırğa ilə qarşılaşa biləcəklərini ifadə edib.

Ruto əlverişsiz hava şəraiti səbəbiylə bütün ölkədə məktəblərin açılış tarixini təxirə saldıqlarını açıqlayıb.

Ölkə daxilində 165 mindən çox insan davam edən leysan yağışlar və daşqınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Keniyadan başqa Ruanda, Tanzaniya, Burundi və Konqo Demokratik Respublikası kimi Şərqi Afrika ölkələri də güclü yağışların yaratdığı daşqınlardan mənfi təsirlənir.

Günel Məlikzadə