Həlak olanların cənazələri Təbrizə göndərilib
    • 20-05-2024, 10:05
    • 436

Həlak olanların cənazələri Təbrizə göndərilib

İran prezidentinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların cəsədlərinin axtarışı başa çatıb.

News24.az xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd bildirib.

Qeyd edək ki, İranın xilasedici qrupları İranın şimal-qərbində İslam Respublikası prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların hamısının cəsədlərini çıxara biliblər.

 “Həlak olanların bütün cəsədləri təbii fəlakət yerindən Təbriz şəhərinə göndərilib. Cəsədlərin axtarışı başa çatıb", - Kolivand əlavə edib.

Günel Məlikzadə