-
- 20-05-2024, 11:42
- 453
Restoranda yıxılıb, qolunu zədələdi
Əməkdar artist Kübra Əliyevanın səhhətində problem yaranıb.
News24.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa restoranda olarkən yıxılıb və qolu zədələnib. Bu haqda aparıcı Elgiz Əkbər verilişində deyib:
"Gülə-gülə getdik restorana, ağlaya-ağlaya gəldik. Başımıza daş düşəydi, kaş getməzdik".
Proqrama zəng vuran K.Əliyeva "Əvvəldən qolumda qırıq var idi. İndi o yerindən tərpənib. Amma hər şey yaxşıdır" deyə, bildirib.