Messi dopinq-test otağında saxlanıldı
    • 8-05-2019, 15:39
    • 791

Messi dopinq-test otağında saxlanıldı

Çempionlar Liqasının yarımfinal mərhələsinin "Liverpul"la cavab oyunundan sonra "Barselona"nın kapitanı Lionel Messi jurnalistlərin suallarını cavablandıra bilməyib. News24.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb argentinalı superulduzun görüşdən dərhal sonra dopinq-testə çağırılması olub.

Maraqlısı burasındadı ki, Leo stadionu hamıdan gec tərk edib. Buna səbəb onun 2 saata yaxın dopinq-test otağında qalması olub.
Qeyd edək ki, ilk görüşdə 3:0 hesablı qələbə qazanan "Barselona" cavab matçında 0:4 hesabı ilə yenilərək mübarizəni dayandırıb.