"Ukrayna üçün 1 milyard avro topladıq.."
    • 21-05-2024, 14:52
    • 303

"Ukrayna üçün 1 milyard avro topladıq.."

Annalena Baerbok Kiyevə səfərindən əvvəl verdiyi açıqlamada "Ukraynanın təcili olaraq Rusiyanın raket və pilotsuz təyyarə hücumlarından qorunması üçün daha çox hava hücumundan müdafiəyə ehtiyacı var" deyib. 

News24.az xəbər verir ki, Ukraynaya daha çox hava hücumundan müdafiə sistemi gətirmək üçün müdafiə naziri Boris Pistorius ilə qlobal təşəbbüs irəli sürdüklərini xatırladan Baerbok deyib:

"Ukrayna hava hücumundan müdafiə qüvvələrinə əlavə dəstək vermək üçün indiyədək təqribən 1 milyard avro topladıq və bunu artırmaq üçün çox çalışırıq. Əlimizi hər daşın altına qoyuruq".

Ukraynanın sağ qalması və ukraynalıların gələcəkdə öz müqəddəratını təyin edə biləcəkləri bir həyat yaşaması üçün səy göstərilməli olduğunu qeyd edən Baerbok, Rusiyanın bu yolla Qərb sərhədlərinə daha da irəliləyə bilməyəcəyini qeyd edib.

Ukraynanın həm öz azadlığı, həm də bütün Avropanın azadlığı üçün mübarizə apardığını bildirən Baerbok əlavə edib ki, “Ukraynanın Aİ-yə üzvlük məsələsi Rusiyanın beynəlxalq hüququ pozaraq apardığı bu müharibənin zəruri geosiyasi nəticəsidir”.

İyun ayında Berlində Ukraynanın Yenidənqurulması Konfransının keçiriləcəyinə diqqət çəkən Baerbok, “Dünyanın hər yerindən olan tərəfdaşlarımız və iş adamlarından ibarət güclü ittifaqla Ukraynanın gələcəyinə uzunmüddətli investisiya qoyacağıq” deyib.

Günel Məlikzadə