ABŞ Ukraynaya daha bir yardım paketi GÖNDƏRƏCƏK
    • 22-09-2023, 09:25
    • 151

ABŞ Ukraynaya daha bir yardım paketi GÖNDƏRƏCƏK

ABŞ administrasiyası Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün mərmilərlə birlikdə 325 milyon dollar dəyərində hərbi yardım paketi göndərəcək.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin yaydığı açıqlamada deyilir. 

Paketə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə kömək edəcək əlavə hava hücumundan müdafiə sursatları, artilleriya sursatları və tank əleyhinə silahlar, həmçinin kaset sursatları daxildir.

Qeyd edək, Rusiya-Ukrayna savaşının başlamasından bu günə qədər rəsmi Vaşinqton Kiyevə 43,9 milyard dollardan çox hərbi yardım ayırıb.
Günəş Mərd