-
- 21-05-2024, 15:03
- 736
Mərhum Xalq artistinin xanımı reanimasiyaya yerləşdirildi
Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti ağırlaşıb.
News24.az xəbər verir ki, bunu Yenicag.az-açıqlamasında Xalq artistinin oğlu Rövşən Quliyev deyib.
O, uzun müddətdir ki, sirrozdan əziyyət çəkən anasının Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib:
"Anamın səhhəti ağırdır. "Semaşko"ya yerləşdirilib. Dünən müayinələr aparıldı, həkimlər əllərindən gələni edirlər. Amma anamın vəziyyəti ağır olaraq qalır. Bütün gecəni xəstəxanada qalmışıq. Dua edirik, ümidimiz Allahadır".