-
- 23-05-2024, 09:44
- 232
İran Rəisinin matəmində: Üçüncü gün - FOTOLAR
Bu gün prezident İbrahim Rəisinin helikopter qəzasından sonra İranda keçirilən 3 günlük dəfn mərasimlərinin son günüdür.
News24.az xəbər verir ki, iranlılar İbrahim Rəisi bu gün son səfərinə yola salacaqlar. Rəis doğulduğu Çeşhed şəhərində dəfn ediləcək.
Təbrizdə başlayan mərasimin ikinci dayanacağı olan paytaxt Tehrandakı mərasim dünən baş tutub. Helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən şəxslərlə vida mərasiminə on minlərlə insan qatılıb. Cənazə namazını dini lider Ayətullah Xamenei qıldırıb. Tehranda keçirilən başsağlığı mərasimində Türkiyəni təmsil edən vitse-prezident Cevdet Yılmaz və xarici işlər naziri Hakan Fidan da iştirak edib.
Paytaxtdakı İmam Xomeyni Musalla məscidində keçirilən mərasimə qəzada həyatını itirənlərin ailələri də qatılıb.
Mərasimə rəisin cənazəsi və onu müşayiət edən 7 nəfər də gətirilib. Prezidentləri ilə vidalaşan Tehranlılar mərsiyə və göz yaşlarına boğulublar.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və xarici işlər naziri Hakan Fidan helikopter qəzasında həyatını itirən İran prezidenti Ayətullah İbrahim Rəisinin başsağlığı mərasimində iştirak etmək üçün Tehrana gedib.
İranın ən müqəddəs şəhəri Məşhəddə keçiriləcək mərasimdən sonra rəisin cənazəsi burada dəfn olunacaq.
Günel Məlikzadə