“Yuventus” İtaliya kubokunun qalibi olub
    • 16-05-2024, 09:43
    • 499

“Yuventus” İtaliya kubokunun qalibi olub

İtaliya kubokunun final oyununda “Atalanta” və “Yuventus” üz-üzə gəlib.

News24.az xəbər verir ki, “Olimpiko” stadionunda keçirilən görüş 1:0 hesabı ilə “Yuventus”un xeyrinə başa çatıb. Kuboku qazandıran qol 4-cü dəqiqədə Vlahoviçdən gəlib.

Bildirək ki, Vlahoviçin 73-cü dəqiqədə vurduğu qol VAR yoxlamasından sonra oyundankənar vəziyyətə görə ləğv edilib.

"Yuventus"un milli futbolçusu Kənan Yıldız 69-cu dəqiqədə Kyezanın yerinə oyuna daxil olub.

Qeyd edək ki, "Yuventus"un baş məşqçisi Alleqri 90+5. dəqiqədə qırmızı vərəqə alıb.

YUVENTUSUN 15-Cİ QƏLƏBƏSİ

İtaliya kubokunu ən çox qazanan komanda "Yuventus" 15-ci dəfə xoşbəxt sona çatıb.

Juventus kuboka sonuncu dəfə 2020/2021 mövsümündə çatarkən; Son 2 ildə kuboku öz muzeyinə aparan tərəf “İnter” olub.

Günel Məlikzadə