Lassa qızdırması aşkarlandı
    • 23-05-2024, 10:58
    • 362

Lassa qızdırması aşkarlandı

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən edilən açıqlamada, bir həftə ərzində 12 nəfərdə Lassa qızdırmasının görüldüyü bildirilib.

News24.az xəbər verir ki, açıqlamada Lassa qızdırması epidemiyasının ölkənin 28 əyalətinin 124 bölgəsinə yayıldığı izah edilib.

Ölkədə yanvar ayından bu yana Lassa qızdırmasına yoluxma sayının 1001-ə yüksəldiyi, epidemiya səbəbiylə 179 nəfərin həyatını itirdiyi bildirilib.

Nigeriya hökuməti xəstəliyin müalicəsi üçün 3 dərmanın müəyyən edildiyini açıqlayıb.

Hər il noyabr və may aylarında quraqlıq dövründə artan Lassa qızdırması epidemiyasında ötən il 674 hadisə aşkarlanıb, 102 nəfər həyatını itirib.

Qeyd edək ki, Mali, Toqo, Qana, Liberiya və Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində aşkarlanıb.

Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan edib.

Siçan nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur.

Səlahiyyətlilər əhaliyə siçan və digər gəmiricilərlə təmasda olmamaq barədə xəbərdarlıq edib.

Günel Məlikzadə