Kadırov Bəhreyn kralı ilə görüşdü
    • 23-05-2024, 12:59
    • 129

Kadırov Bəhreyn kralı ilə görüşdü

Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvada Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə və vəliəhd şahzadə Nasser bin Həməd bin İsa Əl Xəlifə ilə görüşüb. Onları respublikaya səfərə dəvət edib.

News24.az xəbər verir ki, Çeçenistan Respublikasının başçısı deyib:

“Moskvada Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə və vəliəhd şahzadə Nasser bin Həməd bin İsa Əl Xəlifə ilə çox səmimi görüş keçirdim. Kralı və vəliəhdi ziyarətə dəvət etməkdən böyük məmnunluq hissi keçirdim. Həməd bin İsa Əl-Xəlifə də məni mənim üçün uyğun vaxtda Bəhreynə gəlməyə dəvət edib. Əlahəzrət Rusiyadakı müsəlmanları dəstəkləmək üçün göstərdiyimiz səylərə görə mənə böyük təşəkkür edib. Mən də öz növbəmdə Rusiyaya səfərinə görə Əlahəzrətə təşəkkürümü bildirdim".

Qeyd edək ki, Bəhreyn kralı mayın 22-də rəsmi səfərlə Moskvaya gəlib. Mayın 23-də isə onun Rusiya prezidenti Vladimir Putinlə danışıqları planlaşdırılıb. 

Günel Məlikzadə