Bakıda dəhşətli hadisə törədən dünya çempionu sərxoş olub? - FOTO
    • 24-06-2019, 15:16
    • 1 778

Bakıda dəhşətli hadisə törədən dünya çempionu sərxoş olub? - FOTO

Bakıda ağır yol qəzası trətmiş dünya çempionunun işinə yenidən baxılacaq.

News24.az-ın məlumatına görə, prokurorluğun protestinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü, yəni Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə təqsirləndirilən Orucov Urxan Əli oğlu barəsində prokurorluğun daha ağır cəza tələbi ilə bağlı Bakı Apelyasiya Məhkəməsində araşdırmalar aparılacaq. İş hakim Qədim Babayevin icraatına verilib.

Qeyd edək ki, Cinayət işinin maddəsindən görünür ki, 31 yaşlı Zülfüqarov Səlim Elşad oğlunun ölümünə səbəb olan yol qəzasını törədərkən Urxan Orucov ya sərxoş olub, ya da sürücülük vəsiqəsi olmadan sükan arxasında əyləşib.

Qeyd edək ki, ötən il yanvarın 25-də Bakıda piyada Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub və o, ölüb. İş üzrə həbs olunan U. Orucov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 2 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməli idi. U.Orucov məhkəmə zalından azadlığa buraxılıb. O, hökmə əsasən, 1000 manat məbləğində cərimə edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib.

Bakı Apelyasiya Məhkəməsi prokurorluğun apelyasiya protestini təmin etməyib. Bir müddət əvvəl Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilib.

Xatırladaq ki, o, peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı U.Orucov 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.