-
- 23-05-2024, 22:20
- 237
Elvis Preslinin malikanəsində satış dayandırıldı
Əyalətin yüksək səviyyəli ədliyyə rəsmisi JoeDae Jenkins, açıqlamasında bildirib ki, Elvis Preslinin Memfisdəki tarixi malikanəsinin girovla satışını mülkün kimə məxsus olduğu aydın olana qədər təxirə salmaq və hələlik Elvis Preslinin ailəsinin əlində saxlamaq məqsədəuyğundur.
News24.az xəbər verir ki, "Əmlak Tennessi qanunlarına görə unikal hesab olunur və buna görə də daşınmaz əmlakın itirilməsi düzəlməz zərər hesab ediləcək" Cenkins deyib.
Cenkins, Preslidən miras qalan malikanəni ələ keçirməyə çalışan “Naussany Investments & Private Lending LLC” adlı şirkətin məhkəməyə təqdim etdiyi sənədlərin saxta olduğuna dair sübutların olduğuna da diqqət çəkib.
Şirkət malikanəyə haqq iddia etdikdən sonra məsələ Elvis Preslinin nəvəsi tərəfindən məhkəməyə çıxarılıb.
Cenkinsin qərarından əvvəl, keçən həftə bir hakim də şirkətin Graceland-ı satmasına mane olan müvəqqəti məhdudiyyət qərarı verib.
Köşkün internet saytında Gracelandın hər il yüz minlərlə insanın ziyarət etdiyi turizm məkanı olduğu, məhkəmə faylında isə ziyarətçilərin hər il mülk sahibinə yeddi rəqəmli gəlir buraxdığı bildirilir.
Günel Məlikzadə