Əllərini, ağzını və ayaqlarını bağlayıb 6-cı mərtəbədən atdılar - QORXUNC HADİSƏ
    • 9-05-2019, 13:06
    • 1 129

Əllərini, ağzını və ayaqlarını bağlayıb 6-cı mərtəbədən atdılar - QORXUNC HADİSƏ

İstanbulda Maltəpədə qorxunc cinayət baş verib. 

News24.a
z-ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, hündürmərtəbəli binalardan birinin həyətində əlləri-ayaqları və ağzıbağlı bir cəsəd tapılıb. Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsin əslən iranlı Emin Ellahi olduğunu müəyyənləşdirib.

Hadisə incələnən zaman məlum olub ki, fitnes müəllimi olan Emini əlləri, ayaqları və ağzıbağlı şəkildə 6-cı mərtəbədən aşağı atıblar.
Cəsəd ekspertizaya göndərilib.