Rüşvətxor polkovnik-leytenant həbs olundu
    • 23-05-2024, 19:30
    • 228

Rüşvətxor polkovnik-leytenant həbs olundu

Rusiyanın Moskva vilayətinin Federal Penitensiar Xidmətinin rəis müavini Vladimir Talayev paytaxtın Tverskoy Məhkəməsinin qərarı ilə həbs edilib.

News24.az Lent.az-a istinadla bildirir ki, polkovnik-leytenant qabaqcadan əlbir olaraq xüsusilə külli miqdarda rüşvətxorluqda vasitəçilikdə ittiham olunub. 

İstintaqın məlumatına görə, V.A.Talayev digər təqsirləndirilən şəxslərlə əvvəlcədən razılaşaraq “RZN FOOD” MMC-nin maraqları naminə fəaliyyət göstərən vasitəçidən pul alıb.