Modriç ən yaxşı seçildi
    • 25-06-2024, 10:17
    • 276

Modriç ən yaxşı seçildi

Avro-2024-ün qrup mərhələsinin üçüncü turu çərçivəsində keçirilən Xorvatiya - İtaliya oyununun (1:1) ən yaxşısı müəyyənləşib. 

News24.az qol.az-a istinadən xəbər verir ki, bu ada Xorvatiya millisinin kapitanı Luka Modriç layiq görülüb. 

Matçın 54-cü dəqiqəsində penaltini qaçıran 38 yaşlı yarımmüdafiəçi 1 dəqiqə sonra komandasını hesabda önə keçirib. Lakin Mordiçin bu qolu qələbə üçün kifayət etməyib. Qapısında 90+8-ci dəqiqədə qol görən xorvatlar yekunda heç-heçə ilə kifayətləniblər. Bu nəticə ilə komanda qrup mərhələsini 2 xalla üçüncü pillədə başa vurub.

Qeyd edək ki, Modriç həm də 38 yaş 289 günlüyündə İtaliya millisinin qapısına yol tapmaqla Avropa çempionatları tarixində qol vuran ən yaşlı futbolçu olub.