Azərbaycanda 90 yaşlı qadın diri-diri yandı
    • 25-06-2024, 08:47
    • 153

Azərbaycanda 90 yaşlı qadın diri-diri yandı


Lənkəranda yaşayış binasında yanğın olub, 90 yaşlı qadın yanaraq ölüb. 

News24.az məlumatına görə, hadisə Girdəni kəndində baş verib. 

Belə ki, ikimərtəbəli, 16 mənzilli binada yanğınla bağlı Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub. Şəxsi heyət və FHN -nin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. 

Yanğının söndürülməsi zamanı mənzillərin birində 1934-cü il təvəllüdlü Əcəbnaz Əsgərəli qızı Əsgərovanın meyiti aşkar edilib. Bina sakinlərindən başqa xəsarət alan olmayıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları baxış keçirib. Meyit müayinə üçün morqa təhvil verilib. 

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.//yenisabah