Fabrikdə partlayış: Ölən və yaralananlar var
    • 24-05-2024, 11:23
    • 195

Fabrikdə partlayış: Ölən və yaralananlar var

Hindistanın qərbindəki Maharaştra ştatında  kimyəvi istehsal fabrikində partlayış və ardınca yanğın baş verib.

News24.az xəbər verir ki, bu baradə Thane bölgəsinin rəsmisi Saçin Sejal açıqlama verib.

Secal hadisə zamanı 9 nəfərin öldüyünü, 64 nəfərin yaralandığını bildirib.

Yanğınsöndürənlər yanğını nəzarətə götürərkən, partlayışın səbəbi ilə bağlı araşdırma başladılıb.

Qeyd edək ki, ölənlərin sayının artacağı gözlənilir.

Günel Məlikzadə