Bakıda "Mercedes"i "moyka"dan qaçırdılar
    • 24-05-2024, 14:03
    • 329

Bakıda "Mercedes"i "moyka"dan qaçırdılar

Bakıda avtomobillər qaçırılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, mayın 22-də gecə saatlarında Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 

Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil qısa müddətdə rayon ərazisində tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Tərlan Babayev saxlanılıb.

Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.