-
- 25-05-2024, 10:43
- 395
Koronavirus insan ömrünü qısaldıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 epidemiyası nəticəsində dünyada gözlənilən ömür uzunluğunun təxminən 2 il azaldığını açıqlayıb.
News24.az xəbər verir ki, ÜST-nin saytında verilən açıqlamada, COVID-19 epidemiyası zamanı dünyada orta ömür uzunluğundakı irəliləyişlərin tərsinə çevrildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, 2019-2021-ci illərdə COVID-19 epidemiyası səbəbindən gözlənilən ömür uzunluğu 1,8 il azalaraq orta hesabla 71,4 yaşa düşüb.
ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus mövzu ilə bağlı verdiyi açıqlamada, "Covid-19 epidemiyası gözlənilən ömür uzunluğundakı 10 illik artımı cəmi 2 ildə geri çevirdi" deyib.
Qebreyesus, gələcək nəsilləri qorumaq üçün ölkələrin qlobal epidemiya sazişi üzərində razılaşmalı olduğunu vurğulyıb.
Amerika və Cənub-Şərqi Asiya epidemiyadan ən çox təsirlənən yerlərdir
Ümumdünya Səhiyyə Təşkilatının "Dünya Səhiyyə Statistikası 2024" hesabatına görə, Amerika qitəsi və Cənub-Şərqi Asiya ölkələri Covid-19 epidemiyasından ən çox təsirlənən yerlərdir. Hesabatda Covid-19-un 2020 və 2021-ci illərdə Amerika qitəsində ən çox görülən ölüm səbəbi olduğu vurğulanıb.
Digər tərəfdən, hesabatda Qərbi Sakit Okean ölkələrinin Covid-19 epidemiyasının ilk iki ilində virusdan minimal təsirləndiyi bildirilib.
Gözlənilən ömür uzunluğu insanın orta hesabla nə qədər yaşadığının statistik göstəricisidir.
Günel Məlikzadə