Xavi niyə "Barselona"dan qovuldu? – SƏBƏBİ
    • 25-05-2024, 18:35
    • 231

Xavi niyə "Barselona"dan qovuldu? – SƏBƏBİ

Xavinin “Barselona”dan niyə istefaya göndərilməsinin səbəbi məlum olub.

News24.az Lent.az-a istinadla bildirir ki, buna səbəb ispaniyalı mütəxəssisin aktiv şəkildə komandanın tərkibindən narazılığını bildirməyə və yeni transferlər istəməyə başlaması olub. Nəticədə klub rəhbərliyi Xavini istefaya göndərməyi qərara alıb.

Məlumata görə, Xavi ilkin olaraq “Barselona”nın rəhbərlərinə mövcud oyunçularla işləməyə hazır olduğunu bildirib. Bundan sonra ispan mütəxəssisin cari mövsümün sonunda klubu tərk etməyəcəyi açıqlanıb. Bununla belə, Xavi daha sonra “Barselona” üçün transfer tələblərinin sayını artırıb.

Bu baxımdan, “mavi qranatlar”ın rəhbərliyi hesab edib ki, baş məşqçi dəyişikliyi bir neçə futbolçunu satıb almaqdan daha asandır və bu, klubdakı ağır maliyyə vəziyyəti ilə çətinləşə bilər. Nəticədə “Barselona” bossları mövcud duruma yararlı mütəxəssis tapmaq qərarına gəliblər.

Xatırladaq ki, “Barselona” Xavinin qovulduğunu dünən, mayın 24-də açıqlayıb.