Rusiya MN:
    • 25-05-2024, 14:30
    • 181

Rusiya MN: "Xarkovda irəliləyirik"

“Şimal” Rusiya qoşunları qrupunun bölmələri Xarkov istiqamətində Ukrayna Silahlı Qüvvələrinin müdafiəsinin dərinliklərinə doğru irəliləməyə davam edir.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya qoşunları Xarkov vilayətinin Yurçenkovo və Bakşeevka yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 57-ci motoatıcı və 82-ci hava hücumu briqadalarının şəxsi heyətini, texnikasını da darmadağın edib.

Bundan əlavə, Rusiya hərbçiləri Xarkov vilayətinin Volçansk və Qlubokoe rayonlarında iki əks hücumu dəf ediblər.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna hərbçiləri gündə 220-yə qədər hərbçi və üç maşın itirib.

Günel Məlikzadə