-
- 25-05-2024, 19:40
- 201
Avropanın ən gözəl kəndi AÇIQLANDI
Dünyanın müxtəlif yerlərində gözəl təbiətdən, dənizdən və çimərliklərdən zövq almaq mümkündür. Ancaq elə yerlər var ki, hər kəs oralara aşiq olur. Gedənlər bir daha getmək istəyir, ya da oradan qayıtmaq istəmirlər.
News24.az Lent.az-a istinadən xəbər verir ki, bu il isə turistləri özünə aşiq etdirən istirahət zonası Albaniyanın cənub-qərbində İon dənizi sahilində yerləşən Dhermi adlı kənddir.
Sözügedən kənddə bu ilin ən gözəl çimərliyi adlanan “Alban Rivierası” yerləşir.
Buradakı evlər daş və ağac kimi təbii materiallardan tikildiyi üçün özünəməxsus memarlıq üslubu ilə turistləri özünə cəlb edir. Üstəlik, kənd möhtəşəm mənzərə və dağ zirvələri, həmçinin gözəl çimərlik ilə əhatə olunub.
Bu yaxınlarda “Alban Rivierası” səyahətçilər arasında çox populyarlaşıb. Ancaq buna baxmayaraq qiymətlər çox münasibdir.