Nevroloji xəstəliklərin yeni potensial səbəbi müəyyən edildi
    • 26-05-2024, 18:12
    • 462

Nevroloji xəstəliklərin yeni potensial səbəbi müəyyən edildi


Beyində yaşayan mikroorqanizmlərin toplanması Alzheimer xəstəliyi kimi nevroloji xəstəliklərin patogenezində rol oynaya bilər.

News24.az xəbər verir ki,  bu barədə  Edinburq Universitetinin alimlərinin araşdırma aparıblar. 

İnsan beyninin öz mikrobiomuna malik olması fikri ilk dəfə 2013-cü ildə irəli sürülüb. Əvvəllər beynin qanda dolaşan müxtəlif bakteriyalardan və zərərli agentlərdən qorunan steril bir orqan olduğuna inanılırdı.

Sağlam beyində qan-beyin maneəsi (qan dövranı sistemi ilə mərkəzi sinir sistemi arasında fizioloji maneə) təbii filtr kimi çıxış edir. Bununla belə, yaşlanma və Alzheimer xəstəliyi kimi nevroloji xəstəliklərlə bu qoruyucu maneə zəifləyir və arzuolunmaz molekulların və hissəciklərin nüfuz etməsini asanlaşdırır.

Edinburq Universitetinin alimləri sübut ediblər ki, Alzheimer xəstəsi olan insanların beynində sağlam insanlara nisbətən daha çox müxtəlif bakteriya və göbələklər var. Ancaq elm adamları beyin mikrobiomunun necə pozulduğunu hələ dəqiq müəyyən edə bilmirlər.

Bəzi tədqiqatçılar ağız xəstəliklərinin (gingivit, diş çürüməsi) toxuma zədələnməsinə səbəb olduğunu, daha sonra ağız mikrobiomundan olan bakteriyaların sinir sistemi vasitəsilə beyinə keçməsinə imkan verdiyini irəli sürürlər. O da qeyd olunur ki, ağız bakteriyaları amiloid zülalları istehsal etməyə qadirdir. Onlar normal beyin funksiyası üçün vacibdirlər, lakin artıq olduqda, Alzheimer xəstəliyində neyronların fəaliyyətini pozan arzuolunmaz zülal yığınlarına birləşə bilərlər.// Unikal