"Bond kralı"ndan seçki şərhi
    • 27-05-2024, 11:29
    • 238

"Bond kralı"ndan seçki şərhi

“Bond kralı” kimi tanınan Bill Qross ABŞ-dakı seçki yarışını dəyərləndirib.

News24.az xəbər verir ki, keçmiş Pimco fond meneceri Qrossun fikrincə, Donald Trampın ABŞ seçkilərindəki qələbəsi istiqraz bazarları üçün daha pis və daha dağıdıcı olacaq.

Qross iddia edib ki, Trampın Ağ Evə qayıtması ABŞ-ın onsuz da yüksək olan maliyyə kəsirini daha da genişləndirəcək.

Financial Times-a danışan Qross, "Trampın seçilməsi daha çox bədbinlik yaradacaq. Çünki onun proqramı vergi endirimlərinin davam etdirilməsini müdafiə edir" deyib.

Trampın seçki vədləri arasında 2017-ci ildə həyata keçirdiyi vergi endirimlərinin qalıcı olması yer aldığı halda, bu vəziyyətin 10 ildə 4 trilyon dollarlıq əlavə xərcə səbəb ola biləcəyi ifadə edilir.

ABŞ-ın büdcə kəsiri/ÜDM nisbəti 2023-cü ildə 8,8 faizə çatıb. Qrossun fikrincə, büdcə kəsiri istiqraz bazarlarına təsir edərək illik təklifin 2 trilyon dollar artmasına səbəb olacaq.

Günel Məlikzadə