-
- 10-05-2019, 18:06
- 1 078
FHN rəhbərliyi rayonlarda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən mayın 14-də Göyçay şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11:00-dan Göyçay rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək.
Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı mayın 13-də tarixində Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-dan başlayacaq.
Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev tərəfindən 14 may 2019-cu il tarixində Kürdəmir şəhərində, Dövlət Yanğından Mühafizə hissəsinin inzibati binasında saat 11:00-dan Kürdəmir rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 14 may 2019-cu il tarixində Dövlət Yanğından Mühafizə hissəsinin inzibati binasında saat 09:00-dan başlayacaq.
Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev tərəfindən 14 may 2019-cu il tarixində Ucar şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11:00-dan Ucar rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 14 may 2019-cu il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-dan başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.