Kəmaləddin Heydərov Quba şəhərində vətəndaşları qəbul edib
    • 12-04-2019, 14:55
    • 905

Kəmaləddin Heydərov Quba şəhərində vətəndaşları qəbul edib

Aprelin  12-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

News24.az
xəbər verir ki, Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 51, digər məsələlərlə bağlı müraciət etmiş 52 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.